Xəbər lenti

Parlamentdə müzakirəsi yarımçıq qalan qanun layihələri
Ölkə09:14 03.01.2021

Parlamentdə müzakirəsi yarımçıq qalan qanun layihələri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parlamentin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulan bəzi qanun layihələri yarımçıq qalıb.
Qaynarinfo-nun modern.az-a istinadən xəbərinə görə, 2021-ci ilin büdcə zərfinin hökumət nümayəndələri ilə birgə, geniş formatda müzakirəsi və qəbul edilməsi bəzi qanun layihələrilə bağlı məsələni təxirə salıb. Buna baxmayaraq, həmin qanun layihələrinin parlamentin 2021-ci il yaz sessiyasında müzakirə ediləcəyi gözlənilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində baxılmalı olan "Daxili qoşunlar haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələri, eləcə də, Elm və təhsil komitəsində baxılmalı olan "Ali təhsil haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacağı istisna edilmir.