Xəbər lenti

Parlamentdə prezidentin maaşı ilə bağlı mübahisə
Ölkə10:34 14.11.2013

Parlamentdə prezidentin maaşı ilə bağlı mübahisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millət vəkili Fazil Mustafa Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsinin müzakirəsi zamanı ölkədə maaş sisteminidəki uyğunsuzluqdan söz açıb. 

"Qafqazinfo" xəbər verir ki, millət vəkili baş nazirin, prezidentin aylıq məvacibi ilə bağlı mövzuya toxunub. O prezidentin aylıq maaşının 15 min manat olduğunu deyib. "Prezidentin maaşı 15 min manatdır, ondan sonra gələn ali dövlət qurumlarının rəhbərləri heç olmasa bu məbləğin 3-də 2-sini alsınlar. Hakimiyyət bölgüsündən söhbət gedirsə, mütləq əməkhaqlarında bu qədər fərq qoyulmamalıdır”. 

Deputatın bu dediklərinə parlamet sədrinin birinci müavini Ziyafət Əsgərov etiraz edib: “Fazil müəllim, siz dediniz prezidentin aylıq maaşı 15 min manatdır, amma xəbəriniz olsun ki, prezidentin maaşı sizin dediyinizdən iki dəfə azdır”. 

Qüdrət Həsənquliyev də prezidentin maaşı ilə bağlı deyilənlərə toxunub. “Prezident 15 min manat, eks-prezidentlər isə 7 min manatı alır”-deyə o əlavə edib.

Qaynar.info