Xəbər lenti

Parlamentin iki yeni şöbəsinə müdir təyin olundu
Ölkə05:05 02.05.2020

Parlamentin iki yeni şöbəsinə müdir təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdirləri məlum olub.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, birləşdirilən İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Məhəmməd Bazıqov təyin edilib.
M. Bazıqov bundan əvvəl İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.
Birləşdirilən Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Hacı Mirhəşim təyin olunub.
Beynəlxalq münasibətlər şöbəsinin müdiri də dəyişib.  Rəşid İbrahimovu bu vəzifədə Protokol  sektorunun  müdiri İlkin Məmmədov əvəzləyib.(APA)