
"Cütün taleyi Bakıdakı oyunda həll olunacaq"
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Partizan” - “Neftçi” matçı öncəsi mətbuat konfransı baş tutub.
Qaynar.info qol.az-a istinadən yaydığı xəbərə görə, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib.
Təcrübəli mütəxəssis onlara tanış rəqib olan “Partizan” haqda xoş sözlər söyləməklə yanaşı, komandasına inandığını da vurğulayıb: ““Partizan”ı yaxşı tanıyırıq, ciddi rəqibdir, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdür. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar”.
Qeyd edək ki, mətbuat konfransından sonra “Neftçi”nin məşqi baş tutub.
Qaynar.info