Xəbər lenti

“PAŞA Həyat”ın sədri dəyişdi
Ekonomiks06:06 10.02.2017

“PAŞA Həyat”ın sədri dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Paşa Həyat” sığorta şirkətinin İdarə Heyəti sədri dəyişib.

Qaynarinfo.Az  xəbər verir ki, fins.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkətinin sədri Mürsəl Rüstəmov şirkətdən ayrılıb. “Paşa Həyat”ın İdarə Heyəti sədrinin birinci müavini Niyaz İsmayılov  şirkətə yeni sədr təyin edilib.

Sığorta şirkətindən isə fins.az-a bildirilib ki, hələlik bu barədə rəsmi məlumat yoxdur. 

Xatırladaq ki, "PAŞA Həyat " sığorta şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Qaynarinfo.Az