Xəbər lenti

Paşinyan ölkənin başçısıdır, ona heç kim heç nə edə bilməz (ŞƏRH)
Siyasət10:40 11.01.2021

Paşinyan ölkənin başçısıdır, ona heç kim heç nə edə bilməz (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyanın əlində ordu var".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanda baş nazir Nikol Paşinyanın Moskva səfərinin etirazla qarşılanmasından danışarkən deyib. Politoloqun hesab edir ki, Paşinyan ölkənin başçısıdır, ona heç kim heç nə edə bilməz:
 
"Müxalifət deyilən qüvvə meydana cəmi 30-40 nəfəri çıxarır. Paşinyana nə edə bilərlər? Paşniyanın əlində polis və təhlükəsizlik qüvvələri var. Bundan əlavə, tərəfdarları da göz önündədədir. Ölkənin başçısıdırr. Sənəd də imzalaya bilər".
Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın Moskva səfəri etirazla qarşılanıb. "Sputnik Ermənistan” saytının məlumatına görə, hava limanı yaxınlığına toplaşan etirazçılar hökumət rəhbərinin Rusiyanın paytaxtına getməsinə mane olmağa çalışıblar.
Bahar Rüstəmli