Dekabrın 10-da baş nazir Nikol Paşinyan Ermənistanın xarici işlər nazirinin müavinləri səviyyəsində baş tutacaq "3+3” və ya "3+2” öncəsi görüşdə iştirak edəcəyini açıqlayıb. Nikol Paşinyan bir daha İrəvanın əvvəlki mövqeyini təkrarlayaraq bildirib ki, müzakirə olunacaq formatın Ermənistan üçün maraqlı olması mümkün ola bilər. Lakin həmin formatda zidd olan mövzular və Ermənistanın maraqlarından kənar müzakirə ediləsi predmetlər olmasa, bu halda mümkün olacaq.
Bu halda, çox güman ki, söhbət ATƏT-in Minsk qrupunun çərçvəsində Qrabağın məsləsinin həlli, müharibədən sonrakı üçtərəfli bəyanat çərçivəsində mümkün demarkasiya prosesindən gedir. Məlum olduğu kimi, Ermənistan hakimiyyətinin və ya müxtəlif tərəflərin, bəyan etdiyi "3+3” təşəbbüsü Türkiyəyə məxsusdur. Lakin Ermənistan tərəfi bu təşəbbüsü İranın və Rusiyanın da dəstəklədiyini nədənsə hər zaman vurğlamağı unudur. Təbii ki, Rusiya və İranın buradakı mövqelərində müxtəlif motivlər var ki, o da qeyri-bərabər şərtlər əsasında formalaşıb.
Təbii ki, onların həlli üçün imkanlar olub və olacaq da, çünki qeyd etdiyimiz format əgər Rusiyanın marağındadırsa və üstəlik regionda Rusiya söz sahibidirsə, onda Ermənistanın formatla bağlı qeyri-müəyyən münasibəti Ermənistan üçün çox təhlükəli və arzuolunmaz hesab edilə bilər. Ermənistan isə hələ də Qərb dövlətlərini və ya digər oyunçuları kənarda saxlamaqla öz aləmində siyasi manevrlar etməyə çalışır. Halbuki Ermənistana daha çox rus-türk tandemi manevr etməyə imkan verir ki, formatla bağlı bu əlavə oyunçuların maraqlarının sıfıra endirilməsində Ermənistan maniəsiz qərar qəbul edə bilsin. Bununla belə, bütün məsələ böyük güclərin əsl balansının necə dəyişəcəyindən asılıdır. Ona görə də bu formatın formalaşması və işləməsi təkcə Ermənistanın mövqeyindən asılı deyil.
Üstəlik, bu, daha çox Qərb oyunçularının mövqelərindən, onların regionda öz rolları üçün nə dərəcədə mübarizə aparmağa hazır olduqlarından asılıdır. Bu mənada Minsk Qrupunun həmsədrliyinin ölçüsü mühüm əhəmiyyət kəsb edir ki, bu da ən azı regionda müxtəlif oyunların gedişlərində öz təsirinin dominantlığını qorumaq niyyətindən əl çəkmək istəyi yoxdur. Əgər bu platforma Minsk Qrupunun həmsədrliyinin Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli ölçüsü çərçivəsində 3+3-ə keçirilməsə, bu halda da "3+3” Ermənistan üçün başağrısına çevrilə bilər. Belə olan halda Gürcüstan daha çox daxili siyasi reallıqlara görə indiki tədbirə qoşulmaqdan imtina edərsə, ki, artıq edib, "3+3” və ya "3+2”də format hansı amillərlə üzləşə bilər?
Türkiyənin bu təklifi irəli sürməsinin əsas məqsədi Qarabağ məsələsinin və Ermənistan-Azərbaycan sərhədlərinin demilitasiya və demakrasiya prosesinin tezlikdə həllini tapmasıdır. Maraqlıdır ki, Ermənistan bu istəklərin qarşısında dayana biləcəkmi? Bu, Minsk Qrupu həmsədrlərinin həm birlikdə, həm də ayrı-ayrılıqda buna nə dərəcədə müqavimət göstərəcəyindən asılı olacaq, o cümlədən Rusiya üçtərəfli ölçüdə xüsusi rolunu Türkiyəyə verməkdə maraqlı olacaq. Amma burada da vəziyyət ABŞ-la aparılan müzakirələrdən asılıdır.
Ümumiyyətlə, bu, şübhəsiz ki, kifayət qədər mürəkkəb prosesdir və burada İrəvanın regionun real sahibləri - rus-türk birliyinin təkliflərini qəbul etməkdən başqa çarəsi yoxdur. Yeri gəlmişkən, bu baxımdan maraqlıdır ki, Nikol Paşinyan Demokratiyanın Müdafiəsi Assambleyasında təşəbbüslə iştirakı ərəfəsində Ermənistanın nazir müavinləri səviyyəsində 3+3-ün ilkin iclasında iştirak edəcəyini elan edir. ABŞ prezidenti Co Bayden tərəfindən Demokratiyanın Müdafiəsi Assambleyasının konfransı 9-10 dekabr tarixlərində onlayn keçiriləcək. Moskva Baydenin təşəbbüsündən narazılığını bildirib. İrəvan isə deyəsən, böyük güvvələr qarşısında vəziyyəti balanslaşdırmağa çalışır. Zaman daralır, Ermənistan isə hələ də mənasız manevrlər etməyə can atır.
Telman Qasımov
Hərbi-siyasi ekspert