Xəbər lenti

"Patı” satanlar tutuldu
Ölkə11:56 20.07.2021

"Patı” satanlar tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan "patı” və "şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Araşdırmalarla onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.