Xəbər lenti

Paytaxt sakinlərinə xoş xəbər
Ekonomiks06:02 04.09.2014

Paytaxt sakinlərinə xoş xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsinə başlayır.

Bunu çərşənbə axşamı İB-dən deyiblər. İB-dən qeyd ediblər ki, pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 ədəd olacaq:

"Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək". Birlikdən bildiriblər ki, İB-nin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Nöqtələrin çoxuna "Delta Telecom" provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir".

Qeyd edək ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək (Trend).

Qaynar.info