Xəbər lenti

Paytaxtda bəzi avtobuslarının hərəkət istiqamətləri dəyişdirilib
Ekonomiks09:48 20.05.2020

Paytaxtda bəzi avtobuslarının hərəkət istiqamətləri dəyişdirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.
Qaynarinfo Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.
91 nömrəli marşrut
İstiqamət:
Biləcəri qəsəbəsi: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.
92 nömrəli marşrut
İstiqamət:
Biləcəri qəsəbəsi: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.
202 nömrəli marşrut
İstiqamət:
Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı).