Xəbər lenti

Paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılır (SƏBƏB)
Ölkə17:21 10.06.2019

Paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılır (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın bəzi yolları nəqliyyatın hərəkəti üçün qapadılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 21:00-dan Binəqədi-Mehdiabad, Mehdiabad-Digah-Məhəmmədi, Məhəmmədi-Zabrat, Zabrat-Maştağa-Buzovna avtomobil yollarında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
 Bu müddətdə sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.