Xəbər lenti

Paytaxtın bu ərazilərində qaz kəsiləcək - Xəbərdarlıq
Ekonomiks19:36 11.12.2025

Paytaxtın bu ərazilərində qaz kəsiləcək - Xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb .
Bildirilib ki, təmir işləri ilə əlaqədar 12.12.2025-ci il saat 10:00-dan etibarən Yasamal rayonu, M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət, 7,8,9-cu Sallaqxana küçələrinin və Xətai rayonu, Ağ şəhər ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.