Xəbər lenti

Paytaxtın böyük hissəsi qazsız qaldı - Təhlükənin qarşısı alındı
Ölkə12:29 16.02.2017

Paytaxtın böyük hissəsi qazsız qaldı - Təhlükənin qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın əksər rayonlarında təbii qazın kəsilməsinin səbəbi bəlli oldu
Bu gün paytaxtın 4 rayonunda təbii qazın verilişində problemlər olub. Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarının əksər hissəsində səhər saatlarından təbii qaz olmayıb.
Problemlə bağlı İstiPress-ə açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, qaz verilişi təhlükənin qarşısının almaq məqsədi ilə məhdudlaşdırılıb: "Təbii qaznı verilişindəki məhdudiyyət əsas qaz borularının birində baş verən sızma idi. Problemin aradan qaldırılması üçün Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişini məhdudlaşdırmalı olmuşuq. Qaz verilişi işlərin başa çatmasında sonra bərpa olunacaq”. 
Qaynarinfo.Az