Xəbər lenti

Pedofillikdə ittiham olunan baş məşqçi haqda Rəsmi açıqlama
İdman19:00 31.08.2016

Pedofillikdə ittiham olunan baş məşqçi haqda Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaxerin öz ölkəsində (Avstriyada) uşaqbazlıqda ittiham olunduğu və bununla bağlı istintaqın yekunlaşdığı ilə bağlı xəbərə Azərbaycan Cüdo Federasiyası münasibət bildirib.

Qaynarinfo.Az xəbər verir ki, federasiyanın rəsmisi Elnur Əşrəfoğlu Qafqazinfoya açıqlamasında deyib ki, yazı ilə tanış olduqdan sonra dərhal çalışdırıcı ilə əlaqə saxlayıb:

“Peter Zayzenbaxer biri azyaşlı olmaqla 4 qıza qarşı cinsi zorakılıqda ittiham olunduğunu etiraf etdi. Bildirdi ki, bununla bağlı cinayət işi açılıb və o, istintaqa ifadə verib. Zayzenbaxer ifadəsində də ona qarşı irəli sürülən ittihamı rədd edib və deyir ki, yaxın vaxtlarda keçiriləcək məhkəmə prosesi onun günahsız olduğunu göstərəcək”.

E.Əşrəfoğlu federasiyanın avstriyalı baş məşqçini tanınmış cüdo mütəxəssisi olduğu üçün bu posta təyin etdiyini və onunla Rio Olimpiadasının sonunadək şərti anlaşdıqlarını da deyib:

“Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik”.

Qaynarinfo.Az