Xəbər lenti

Pəhriz zamanı yol verilən ciddi səhvlər (SİYAHI)
Ölkə12:05 23.07.2017

Pəhriz zamanı yol verilən ciddi səhvlər (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəzi "pəhriz qidalar"ı var ki, pəhriz zamanı onlardan istifadə edirik lakin nəinki çəki azaltmır, hətta bəzən insanın kökəlməsinə səbəb olur. Bunun üçün isə həmin qida şirkətlərinin marketoloqlarına "təşəkkür etmək" lazımdır. "Qaynarinfo" sizin üçün bu qidaların siyahısını tərtib edib:

1. Banan çipsləri

Banan çipsləri sizin şirniyyata olan ehtiyacınızı tam ödəyə bilər. Ümumiyyətlə banan çipsləri varkən. şokolada nə gərək? Həm də banan meyvə olduğundan sağlamlığa daha çox faydası var. Banan çipsləri dadlı olsalar da, yağda hazırlandığından tərkibində xolesterol saxlayır. Buna görə də, meyvəni təbii halı ilə qəbul etmək daha düzgündür.

2. Tuna blığından suşi

Suşi ümumiyyətlə, çox az miqdarda kaloriyə sahibdir. Tuna balığının isə tərkibində insan orqanizmi üçün çox faydalı vitaminlər var. Bu səbəbdən də çox faydalı hesab edilir. Təbii ki, artıq yeyilmədiyi halda. Əgər artıq yeyilərsə, ürəkbulanma, yuxusuzluq, yüksək qan təzyiqi, hətta saç tökülməsinə səbəb ola bilər.

3. Yulaf

Artıq yulaf hər kəs tərəfindən sağlam səhər yeməyinin təməli hesab edilir. Ancaq bəzi insanlar yulaf və giləmeyvə qarışığından istifadə edərək sağlam qidalandıqlarını düşünürlər. Əslində isə bu qarışımın tərkibində 500 kalori var və sizin artıq çəkidən azad olmağınıza kömək edə bilməz. 

4. Meyvəli yoqurtlar

İnsanların əksəriyyəti pəhrizə başlayanda meyvəli yoqurtları siyahının ilk sırasına qeyd edirlər. Ancaq bu çox böyük səhvdir. Yoqurtun tərkibində bol miqdarda yağ, şəkər və kalori var. 

5. İdman içkiləri

İdman içkiləri sağlamlıq üçün faydalı deyil və çəki itirməyinizə kömək etməyəcək. Bunu məntiqi baxımdan da müəyyən etmək mümkündür. Onun tərkibindəki rəngləndirici maddə heç nəyə faydalı ola bilməz. Rəngləndirici ilə yanaşı, tərkibində bol miqdarda konsentrant, şəkər və xolesterol olan bu içkilərdən uzaq durmağınız məsləhətdir. 

7. Quru meyvələr

Quru meyvələr isə o zaman faydalı olur ki, onları özünüz evdə qurudursunuz. Çünki buj halda meyvənin bütün vitamini tərkibində saxlanılır. Əgər quru meyvələri mağazadan alırsınızsa, bu o deməkdir ki, siz bol miqdarda şəkər alırsınız.

Nərmin Həsənli

Qaynarinfo.Az