Xəbər lenti

Siyasət 10:59 04.08.2023

Pənah Hüseyn: “Nemət Pənahlıya yumruq vurmuşam, şəkli də var”

Müsavat TV-nin canlı efirində Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı  arasında keçirilən debatda gərginlik yaşanıb.

Pravda.az xəbər verir ki, N.Pənahlı vaxtilə Pənah Hüseynin onun qolunu qırdığını iddia etsə də, P.Hüseyn bunun tamamilə yalan olduğunu deyib.

O, Nemət Pənahlını necə vurduğundan danışıb:

"Mirmahmud Mirəlioğlunun Səhiyyə Nazirliyinin köhnə binasının qarşısında ofisi var idi. İçəridə 15-20 nəfər adam olub. Mən söz demişəm, Nemət də cavabını qaytarıb. Mən də ona yumruq vurmuşam. Təsadüfən çəkilən şəkli məndə var. Montaj deyil, araşdıra bilərlər. Nemət Pənahlı ondan danışır. Necə yəni qolunu qırmaq?”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->