Xəbər lenti

Ölkə 11:54 18.01.2023

Pənah Hüseyndən Nemət Pənahlının hərəkətinə reaksiya (VİDEO)

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Milli Azadlıq Hərəkatının tanınan simalarından olan Nemət Pənahlının efirdə başıüstə dayanmasına münasibət bildrib. 

Pənah Hüseyn Qaynarinfo-ya açıqlamasında Nemət Pənahlının çıxışından xəbərsiz olduğunub deyib: "Nemət bəyin çıxışını və baş verənləri izləməmişəm. Nemət Pənahlı yetkinlik yaşında olan bir insandır. İstədiyi hərəkəti etməkdə sərbəstdir, bu, onun hüququdur. Sosial şəbəkədə ona rəy bildirmək də izləyicilərin hüququdur. Düzünü deyim ki, izləyicilərin onun hərəkəti ilə bağlı rəylərin tanış deyiləm”. 

Qeyd edək ki, Milli Azadlıq Hərəkatının tanınan simalarından olan Nemət Pənahlı Musavat TV-də qonaq olub. Nemət Pənahlı canlı efirdən sonra stulun üstündə başıüstə dayanaraq, yoqa fəndləri göstərib. Onun bu hərəkəti cəmiyyətdə ictimai qınağa səbəb olub. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->