Xəbər lenti

Pensiya və maaş qalxacaq
Ekonomiks13:52 25.02.2015

Pensiya və maaş qalxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Manat devalvasiya olunmaya bilmirdi. Onun devalvasiyası böhranla əlaqədar deyildi. Manatın özünü və daxili bazarı qorumaq üçün mexaniki sürətdə edilib".

Qaynar.info xəbər verir ki, bu sözləri milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Əhalinin 70-80%-nin özəl sektorda çalışdığını deyən millət vəkili əlavə edib ki, özəl sektor qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırdığına görə yeni maaşları da formalaşdırır.

"Qalır dövlət və büdcə təşkilatlarında işləyənlər, təqaüd və müavinət alanlar. Onları isə dövlət artıq özünün qərarları və yaxud sərəncamları ilə müəyyən müddət qaldıracaq. Həm büdcə təşkilatlarında işləyənlərin maaşı qaldırılacaq, eyni zamanda təqaüdlərin qaldırılması gözləniləndir", - A.Mirzəzadə əlavə edib.

Qaynar.info