Xəbər lenti

Pensiya və ünvanlı yardım üzrə əhaliyə ödənilən vəsaitin məbləği açıqlandı
Ekonomiks06:39 18.10.2021

Pensiya və ünvanlı yardım üzrə əhaliyə ödənilən vəsaitin məbləği açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 469 mln. manat vəsait ödənilib.
Bu barədə Qaynarinfo-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,9% və ya 166,4 mln. manat çoxdur.
Qeyd olunan sosial təminat növləri üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.