XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Pensiya yaşı 68 və 70-ə qaldırılır? - Komitə sədrindən açıqlama
Ölkə13:31 03.09.2026

Pensiya yaşı 68 və 70-ə qaldırılır? - Komitə sədrindən açıqlama

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sosial şəbəkələrdə qadınların pensiya yaşının 68, kişilərin isə 70 yaşa qaldırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Deputat Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda pensiya yaşının artırılması gündəmdə deyil:

"Milli Məclisdə də, hökumətdə də belə bir məsələ müzakirə olunmur. Sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar şayiədən başqa bir şey deyil".

Deputat xatırladıb ki, Azərbaycanda həm qadınların, həm də kişilərin pensiya yaşı 65-dir:

"Bu, belə də davam edəcək".

Bahar Rüstəmli