Xəbər lenti

Pentaqon rəhbəri İŞİD liderindən danışdı
Ölkə06:53 22.07.2017

Pentaqon rəhbəri İŞİD liderindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin sağ olub-olmamasını hələ dəqiqləşdirə bilmədiyini bəyan edib.

"Qaynarinfo" xəbər verir ki, Pentaqon rəhbəri Ceyms Mettis bu barədə danışıb.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi çox güman sağdır: "Düşünürəm ki, o sağdır, onu öldürdüyümüzü bildiyim zaman başqa cür düşünəcəyəm. Amma, hələlik biz onu axtarırıq. Güman edirəm ki, o sağdır". 

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin çox güman ki, öldürüldüyünü bəyan edib. Lakin idarədən bildirilib ki, bu məlumatlar müxtəlif kanallar vasitəsilə hələ yoxlanılır.

Qaynarinfo.Az