Xəbər lenti

Pentaqon rəhbəri: Trampın Putinlə danışıqları Ukraynaya xəyanət deyil
Dünya 14:47 13.02.2025

Pentaqon rəhbəri: Trampın Putinlə danışıqları Ukraynaya xəyanət deyil

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın yeni administrasiyasının Ukraynada sülh yaratmaq səylərinin və prezident Donald Trampın Vladimir Putinlə apardığı danışıqların "xəyanət" olmadığını bildirib.  

Qaynarinfo xəbər verir ki, bu barədə o, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində danışıb.  

Heqsetdən ABŞ-ın Ukraynada tezliklə sülhə nail olmaq təşəbbüsünün və Putinlə aparılan danışıqların "xəyanət" kimi qiymətləndirilib-qiymətləndirilmədiyi soruşulub.  

Buna cavab olaraq o: "Bu sizin sözlərinizdir, mənim yox. Əlbəttə ki, bu, xəyanət deyil", – deyə bildirib.  

ABŞ müdafiə naziri qeyd edib ki, "Ukraynanı dəstəkləmək missiyasına ABŞ-dan daha çox sadiq olan başqa heç bir ölkə yoxdur".  

"Burada xəyanət yoxdur. Burada dünya və ABŞ-ın sülhə sərmayə qoyması və bu məsələdə maraqlı olması var. Prezident Trampın dediyi kimi, danışıqlar yolu ilə sülhə nail olmaq lazımdır. O bildirib ki, qətllər dayandırılmalıdır və bunun üçün hər iki tərəf anlamalıdır ki, bu müharibə onların istədiyi bir şey deyil", – Heqset əlavə edib.  

Çərşənbə günü Tramp Kreml rəhbəri Vladimir Putinlə telefon danışığı aparıb və sonra onların "Rusiya/Ukrayna müharibəsində baş verən milyonlarla ölümü dayandırmaq istədikləri" barədə razılığa gəldiklərini bildirib.  

"Biz birlikdə çox sıx işləmək barədə razılaşdıq, xüsusilə də bir-birimizin ölkələrinə səfərlər etməyi planlaşdırırıq", – ABŞ prezidenti əlavə edib.  

Bundan sonra Tramp Volodimir Zelenskiyə zəng edərək gələcək təmasları müzakirə edib.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->