Xəbər lenti

Pepe hakimdən mərmi gizlədib? - Ağır cəza verilə bilər
İdman10:50 17.02.2022

Pepe hakimdən mərmi gizlədib? - Ağır cəza verilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya Liqasında "Porto"nun "Sportinq"lə 2:2 bərabərə qaldığı matçda rəqib komandanın idman menecerinə yumruq atan Pepeyə tarixi cəza verilə bilər.
Qaynarinfo xəbər verir ki, 39 yaşlı braziliyalı futbolçunun qonaq komandanın idman meneceri Huqo Vyananı yumruqla vurmasını hakim öz hesabatında yazıb. Portuqaliya qəzetləri federasiyanın Pepeni 2 aydan 2 ilə qədər cəzalandıra biləcəyini yazıb.
Ölkə mətbuatında yer alan iddialara görə matçın 44-cü dəqiqəsində "Sportinq”in cərimə meydançasına yollanan Pepe tribunadan atılan əşyanı götürsə də, heç kimə göstərməməyə çalışıb. Onun, hakimdən gizlətdiyi əşyanın tribunadan atılan mərmi olduğu iddia edilib. 
Təcrübəli müdafiəçi bundan əvvəl də ağır cəza alıb. O, İspaniya La Liqasında "Real"ın heyətində "Xetafe" ilə mübarizədə rəqibini təpiklə vurduğu üçün 10 oyunluq cəzalanmışdı.
"Porto"nun "Sportinq"lə 2:2 hesablı heç-heçə etdiyi matçın sonlarında yaranan qalmaqala görə 4 futbolçu qırmızı vərəqə alıb və meydana 100-dən çox azarkeş daxil olub.
 Səbuhi Həsənov
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //