
"Real"ın mərkəz müdafiəçisi Pepe futbolçu karyerasını Çində davam etdirə bilər.
Qaynarinfo.Az xəbər verir ki, portuqaliyalı müdafiəçiyə Çinin bir neçə klubundan təklif göndərilib.
"Real"la bu mövsüm başa çatacaq müqavilənin müddətini yeniləmək barədə danışıqlar aparmayan Pepenin göndərilən təkliflərdən birini müsbət cavablandıra biləcəyi iddia edilir.
Qeyd edək ki, Pepe bu mövsüm La Liqada 8 oyunda 1 qol vurub.
Qaynarinfo.Az