
Futzal üzrə Hollandiya millisi dünya çempionatının pley-off mərhələsində Azərbaycan yığması ilə qarşılaşmazdan öncə Macarıstanın Mişkolts şəhərində yoldaşlıq oyunu keçirib.
Qaynar.info xəbər verir ki, hollandlar Macarıstan millisinə 0:2 hesabı ilə uduzub. Zoltan Drotun 7 və 25-ci dəqiqədə vurduğu qollar meydan sahiblərinə qələbə qazandırıb.
Hollandiya bu heyətlə meydanda olub: Kuyk, Van Masbommel, Ceyar, Darri, El Qannuti, Attaibi, Molkaray, Velsebur, Beşliya, Sent Just, Amrani, Mossaui, El Morabiti.
Qeyd edək ki, Hollandiya martın 22-də Almere şəhərində Bakı vaxtı ilə saat 23:00-da millimizlə ilk oyunu keçirəcək. Bakıda keçiriləcək cavab qarşılaşması aprelin 12-də saat 20:00-da başlayacaq.
Sonda Macarıstan - Hollandiya oyununun videoicmalını təqdim edirik. Millimizin ispan baş məşqçisi Tino Peres ilk oyundaca əlverişli nəticə qazanmaq istəyirsə, o zaman bu videoya mütləq şəkildə baxmalıdır.
Qaynar.info