Xəbər lenti

Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazandı
İdman16:33 28.06.2021

Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın və "Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.
Qaynarinfo xəbər verir ki, o, İstanbulda təşkil olunan "Akın döyüş arenası” çərçivəsində döyüşdə braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gəlib.
"Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşma kikboksçumuzun qələbəsi ilə başa çatıb. Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən P.Abdullayevin 50-ci qələbəsi olub.