Xəbər lenti

Pərviz Həşimli barəsində apellyasiya şikayəti verildi
Ölkə10:00 20.09.2013

Pərviz Həşimli barəsində apellyasiya şikayəti verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Vəkil apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını bildirib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Qaynar.info