Xəbər lenti

Foto 11:38 02.11.2023

Pərviz Həşimli Rumıniyada mükafat aldı (FOTO)

Rumıniyanın paytaxtı Buxarestdə Türkiyə-Rumıniya Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi, habelə Türkiyə-Rumıniya diplomatik münasibətlərinin 145-ci ili ilə bağlı beynəlxalq səviyyəli tədbir keçirilib.

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimlinin iştirak etdiyi tədbirdə Rumıniyanın sabiq prezidenti Emil Constantinescu, Türkiyə prezidentinin müşaviri Yalçın Topçu, müxtəlif ölkələrin səfirliklərinin təmsilçiləri, bir sıra tanınmış siyasətçilər və iş adamları iştirak edib.

Mərasimdə Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli "Cumhuriyyete Hizmet Ödülü”nə layiq görülüb. Ona mükafatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu təqdim edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->