Ekonomiks 14:08 01.04.2023

Peterburqdakı "Nissan" zavodunda "Lada" avtomobiləri buraxılacaq - İyunda

Sankt-Peterburqdakı keçmiş "Nissan" zavodunda "Lada" avtomobillərinin istehsalına başlanılması iyun ayına planlaşdırılır. 

Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Aleksandr Beqlov şəhər sənaye şurasının iclasında bildirib.
 
Belə ki, o, cari ilin may-iyun aylarında Sankt-Peterburqda Lada brendi ilə avtomobil istehsalına başlamaq niyyətini açıqlayan AvtoVAZ-ın məlumatını təsdiqləyib.

Beqlovun sözlərinə görə, Sankt-Peterburqda avtomobil sənayesi sahələrindən istifadə etməyə imkan verəcək bir neçə həll yolu tapılıb. "Başqa məsələ də var, amma iki əsas zavod praktiki olaraq həll olunub. Onlar, düşünürəm ki, yaxın vaxtlarda işə başlayacaqlar... İyun ayında biz ilk Lada avtomobilini konveyerdən çıxaracağıq”, - qubernator bildirib.

Şəhərin vitse-qubernatoru Kirill Polyakov qeyd edib ki, iyunun 14-17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Sankt-Peterburqdakı keçmiş Nissan zavodunda Lada avtomobillərinin istehsalı gözlənilir.

Xəbər verdiyimiz kimi, "Toyota" avtokonserni noyabrın 14-dən Sankt-Peterburqdakı zavodda kütləvi ixtisarlara başlayıb.

Keçən iyun ayında Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirmişdi ki, Toyota avtomobil zavodlarında, eləcə də Sankt-Peterburqdakı "Nissan" və "Hyundai" (təxminən eyni vaxtda işi dayandırmışdı) istehsalat hissələri və avadanlıqların tədarükü bərpa olunan kimi istehsala başlanılacaq. 

Alpər