Xəbər lenti

“Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur” - Anar Məmmədov
Ölkə10:53 09.11.2016

“Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur” - Anar Məmmədov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 “Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ümumdaxili məhsulundan (ÜDM) çoxdur". 

Bunu "Petkim"in baş direktoru Anar Məmmədov Türkiyədə keçirilən “Dizayn və İnnovasiya Sammiti”ndə (Design&Innovation Summit) çıxışında bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun ərazisi dünyanın bir sıra dövlətlərinin ərazisindən böyükdür:

“Əgər biz “Petkim”i ölkə kimi götürsək, onun ərazisi 12 ölkənin ərazisindən böyükdür. Biz 50-dən artıq məhsul istehsal edirik və 2500-dən artıq müştəri ilə çalışırıq. Gündəlik elektrik istehlakımız 1 mln. ABŞ dolları civarındadır. Hər gün biz 19 min ton su istehlak edirik. Hər il 3 mln. tondan çox neft-kimya məhsulları istehsal edirik və 500 dən artıq gəmi ilə idxal-ixrac əməliyyatları həyata keçiririk”. (report)

Qaynarinfo.Az