Xəbər lenti

Ekonomiks 17:51 08.04.2024

Petro Poroşenkonun şirkətinin Azərbaycan filialı Dövlət Xidmətini məhkəməyə verdi

"Azroşen" MMC İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət dövlət xidmətini məhkəməyə verməsinə səbəb vergi məsələləri ilə bağlıdır. 

Şirkətin qanuni təmsilçisi Hacıyev Akif Hüseyn oğlu məhkəmədə idarə barəsində "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə" iddia qaldırıb. 



İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatındadır. 

Qeyd edək ki, hazırda "Azroşen" MMC-nin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 183.933,61 manat vergi borcu yaranıb. 

Xatırladaq ki, Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur. "Roşen" şirkətinin sahibi 2014-2019-cu illərdə Ukraynanın prezidenti olmuş Petro Poroşenkodur.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->