Xəbər lenti

Petrov "Neftçi"də - FOTO
İdman18:50 05.01.2017

Petrov "Neftçi"də - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Antalya hazırlığını davam etdirən "Neftçi” PFK daha bir futbolçu ilə güclənib. 

Qaynarinfo.Az xəbər verir ki, komanda gözlənildiyi kimi ukraynalı mərkəz müdafiəçisi Kirill Petrovla ilyarım müddətinə müqavilə bağlayıb.

Kiyev "Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan "Krivbass” və "Arsenal” klublarının formasını geyinib. Polşada ("Korona”) legioner həyatı yaşamış Kirill Petrov Qazaxıstanın "Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər "Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub. Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Petrov "Neftçi”də 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl Namiq Ələsgərov, gürcü Georgi Navalovski, çex Zdenek Folprext (icarə) və çilili İqnasio Erreranı heyətinə qatıb.

Qaynarinfo.Az