Xəbər lenti

Peykdən nə qədər qazanmışıq?
Ekonomiks07:54 08.02.2014

Peykdən nə qədər qazanmışıq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu ildən başlayaraq "Azərspace-1" telekomunikasiya peyki kreditləri özü ödəyəcək". 

SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnalogiyaları naziri Əli Abbasov deyib. 

Onun sözlərinə görə, ötən il "Azərspace-1" üç ay gec fəaliyyətə başlayıb: "Bu da peykin orbitə çıxarılmasında müəyyən problemlərin yaranması ilə bağlı idi. Altı ay ərzində təxminən 10 milyon ABŞ dollar məbləğində gəlir əldə edib. Bunun da 95%-i ixrac olunan resursların payına düşür. ABŞ-nın Exam Bankına olan 17 milyon dollar borcumuzun 7 milyonunu  Maliyyə Nazirliyi, 10 milyonu isə "Azərspace-1" öz qazancları hesabına ödənilib. Artıq bu ildən başlayaraq kreditləri özü bağlaya biləcək. Bununlada tam mədaxil əldə edəcək".

Qaynar.info