Xəbər lenti

PFL-dən KİV nümayəndələri üçün "yaşıl işıq"
İdman09:40 01.03.2022

PFL-dən KİV nümayəndələri üçün "yaşıl işıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Peşəkar Futbol Liqası KİV nümayəndələrinin oyunlardan sonra futbolçulardan açıqlama almaqla bağlı yaranmış problemlərini nəzərə alaraq UEFA-nın "Futbola qayıdış” protokoluna əsasən mövcud təlimatlarda dəyişiklik edib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə keçirilən mətbuat konfransının ardınca hər klubun meydançada olmuş ən azı 1 futbolçusunun (say jurnalistlərlə klubların mətbuat xidmətinin rəhbərinin razılığı ilə artırıla bilər) stadionun konfrans zalı otağında, pandemiya qaydalarını qorumaq şərtilə KİV nümayəndələri üçün açıqlama verməsi tövsiyə olunur.
Açıqlama verəcək futbolçunun kimliyini klubların mətbuat xidməti müəyyənləşdirəcək.
Səbuhi Həsənov