Xəbər lenti

PFL prezidentindən klub rəhbərlərinə tapşırıq: "İşi elə görün ki, səs-sorağı çıxmasın"
İdman08:15 31.03.2016

PFL prezidentindən klub rəhbərlərinə tapşırıq: "İşi elə görün ki, səs-sorağı çıxmasın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2 gün öncə AFFA-nın inzibati binasında təcili iclas keçirib.

Əldə etdiyimiz məlumata görə, iclasda I dəstə klublarının rəhbərləri və baş məşqçiləri iştirak ediblər.

Musayev son günlər Ölkə.az-da dərc olunan məqalələri iclas iştirakçılarının diqqətinə çatdırıb və onlara xəbərdarlıq edib.

PFL prezidenti klub rəhbərləri və baş məşqçilərə "İşi elə görün ki, səs-sorağı çıxmasın, oyunları satırsınız, sonra söz mənə gəlir, elə edin ki, heç kim bilməsin" formasında "məsləhət" də verib.

Mövzunu diqqətdə saxlayacağıq.

Qaynar.info