Xəbər lenti

Pisarev Şeydayevi Azərbaycanla bağlı fikrindən daşındırmağa çalışıb
İdman15:30 09.08.2016

Pisarev Şeydayevi Azərbaycanla bağlı fikrindən daşındırmağa çalışıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"FİFA-nın Azərbaycan millisində oynamasına razılıq verdiyi Ramil Şeydayevi itirdiyimiz üçün üzülürəm”. 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri "Sport Ekspress"ə müsahibəsində Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev deyib.

Eyni zamanda U-21 millisinin də baş məşqçisi olan təcrübəli mütəxəssis Ramil Şeydayevin Rusiya yığmasını Azərbaycana dəyişməsinə, artıq FİFA-nın da buna icazə verməsinə münasibət bildirib: "İstedadlı futbolçudur. Milli komandaların hamısından keçmişdi. Öz yaş kateqoriyasında yığmanın liderlərindən olub. Rusiya Futbol İttifaqı ona çox şey verib. Mən Ramilə zəng vurmuşdum. Onu fikrindən daşındırmağa cəhd etdim. Onun cavabı isə "Yox! Azərbaycan millisində oynamaq istəyirəm” dedi. Şeydayev bunun səbəblərini açıqlamadı. Ola bilər ki, qan çəkir, ya da yaxşı müqavilə, millinin start heyətində yer təminatı təklif olunub”.

Qeyd edək ki, FİFA-nın Oyunçuların Statusu Komitəsi Ramil Şeydayevlə bağlı qərarında onun Azərbaycan millisində oynamasına icazə verib.

Qaynarinfo.Az