
Danimarkada fəaliyyət göstərən terror təşkilatı PKK-ya yaxınlığı ilə tanınan və onun təbliğatı ilə məşğul olan Roj TV müflis qərarı verib.
Qaynar.info xəbər verir ki, Roj TV-nin baş direktoru İmdat Yılmaz məhkəməyə verdiyi yazılı açıqlamasında Roj TV və Mezopotamiya TV-nin məhkəmə tərəfindən kəsilən 10 milyon kron (1.4 milyon avro) pulu ödəyə bilməyəcəkləri üçün iflas qərarı verdiklərini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Kopenhagen şəhər məhkəməsi tərəfindən hər iki TV kanala verilən 2.5 milyon kron pul cəzası, sonradan Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 milyona qaldırılaraq, hər iki kanalın bağlanılmasına qərar verilmişdi.
Qaynar.info