"Qalatasaray"ın və Almaniya millisinin keçmiş futbolçusu Lukas Podolski biznesinin bugünkü kommersiya gəlirlərinin hamısını Türkiyənin Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 10 vilayətinə yardım üçün göndərəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, "Qalatasaray"ın keçmiş futbolçusu bunu sosial şəbəkə səhifəsində paylaşıb.
Podolski "Birlik Günü” başlıqlı mesajında "9 Fevral cümə axşamı günü əldə etdiyimiz bütün gəliri zəlzələ fəlakətindən zərər çəkmiş vətəndaşlara bağışlayacağıq. Gəlirlərimizin hamısı şirkətimiz tərəfindən zəlzələdən zərərçəkənlərə çatdırılacaq”, yazıb.
Səbuhi Həsənov