Xəbər lenti

“Polad əridilməsini dayandırıb, işçiləri məzuniyyətə buraxıb”
Ölkə13:30 05.02.2015

“Polad əridilməsini dayandırıb, işçiləri məzuniyyətə buraxıb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Baku Steel  Company” MMC-də polad əridilməsi dayandırılıb. Qara metal tullantısı çatışmadığı üçün soba söndürülüb. Şirkət bu barədə şərh vermir.

Poladəritmə zavodundakı mənbə bildirib ki, yalnız prokat sexi işləyir. Orda müxtəlif metal prokatı (armatur, katanka, şveller və s ) istehsal edilir. İşçilərin bir hissəsi məzuniyyətə buraxılıb.

 "Baku Steel  Company”  (BSC) Poladəritmə zavodu "Bakelektroqaynaq” ASC-də icarəyə götürdüyü istehsal sahəsində fəaliyyət göstərir. BSC bu SC-də 98% kapital sahibidir.

2014-cü ildə nominal istehsal gücü ildə 770 mindən 1,1 mln tona artırılıb. // Contact.az

Qaynar.info