Xəbər lenti

Polis Cəmil Həsənlinin görüşündəki insidentə münasibət bildirdi
Ölkə10:25 04.10.2013

Polis Cəmil Həsənlinin görüşündəki insidentə münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabirabad rayon Polis Şöbəsi (RPŞ) Mili Şuranın namizədi Cəmil Həsənlinin seçicilərlə görüşündə baş verən insidentə münasibət bildirib.
 
Qaynar.info
xəbər verir ki, RPŞ-dən APA-ya verilən məlumata görə, Milli Şuranın bu gün Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində Bakıdan gələn qonaqlarla birlikdə 150 nəfər şəxs iştirak edib. Şöbədən bildirilib ki, mitinq cəmi 27 dəqiqə çəkib və Milli Şuranın namizədi mitinq iştirakçılarının suallarına cavab verə bilmədikləri üçün ərazidən uzaqlaşıblar.
 
Qeyd olunub ki, mitinqin keçirildiyi şəhər stadionunda polis tam təhlükəsizliyi təmin edib və mitinq zamanı  hər hansı insidentin yaranmasına imkan verilməyib.
 
Qeyd edək ki, kütləvi informasiya vasitələrində  bu gün Milli Şuranın Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində bir qrup şəxslə mitinq iştirakçıları arasında insidentin yarandığı barədə məlumatlar yayılıb.

Qaynar.info