Xəbər lenti

Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi
Ölkə05:51 02.01.2023

Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alması zamanı baş verib.
Nəticədə o, yaralanıb. Dərhal Ülfət Bənnayevə ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.