Xəbər lenti

"Polis haqqında" qanuna dəyişiklik edildi
Ölkə10:16 23.10.2017

"Polis haqqında" qanuna dəyişiklik edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev "Polis haqqında” qanuna Milli Məclisin etdiyi dəyişikliyi təsdiqləyib.
"Qaynarinfo”nun xəbərinə görə, qanunun 33-cü (Polis əməkdaşının məsuliyyəti) maddəsinə dəyişiklik edilib.
Maddəyə əsasən, polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir.
Bu maddədən "ləyaqətsiz” sözü çıxarılıb. 
Qaynarinfo.Az