Xəbər lenti

Polis iki futbolçumuzu saxladı
İdman13:30 31.07.2016

Polis iki futbolçumuzu saxladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın futbolçusu Qara Qarayev və "İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov xoşagəlməz halla üzləşiblər. Mürhüseyn Seyidov və Qara Qarayev 20 Yanvar dairəsi yaxınlığında polis tərəfindən saxlanılıb.
DYP əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün Seyidovun idarə etdiyi "Hyundai" markalı minik avtomobilini saxlayıb. Bu zaman Qarayev DYP əməkdaşına 2 gün sonra çexiyalılarla vacib oyunlarının olduğunu bildirərək, onlara güzəşt edilməsini və Seyidova hansısa cərimənin yazılmamağını xahiş edib.  
Buna baxmayaraq, DYP əməkdaşı fikrindən dönməyib və Seyidova protokol tərtib edib.
Xatırladaq ki, "Qarabağ" - "Viktoriya" qarşılaşması 2 gün sonra baş tutacaq. Bir həftə öncə Plzendə keçirilən oyunda hesab açılmamışdı. (Apasport.az)
Qaynarinfo.Az