Xəbər lenti

Polis "Qarabağ"ın qələbəsini azarkeşlərin burnundan gətirdi - FOTOLAR
İdman20:12 25.05.2016

Polis "Qarabağ"ın qələbəsini azarkeşlərin burnundan gətirdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunun final görüşündə "Qarabağ” komandası "Neftçi”ni görüşün əlavə vaxtında 1:0 hesabı ilə məğlub edərək, mövsümü 2 titulla başa vurub.
Qaynarinfo.az xəbər verir ki, komanda üzvlərinin mükafatlandırma mərasimindən öncə polislə "Qarabağ"ın "İmarət" fan qrupunun azarkeşləri arasında yaranan izdiham qanlı olayla başa çatıb. 
Belə ki, oyun boyu öz sevimli komandasını çılğınca dəstəkləyən "İmarət” fanat qrupunun üzvlərindən polislə toqquşma nəticəsində xəsarət alanlar olub. Fan-qrupun üzvü olduğu bildirilən 20-25 yaşlarında gənc pilləkənlərdən yıxılaraq, ayağı sınıb. İlkin tibbi yardımdan sonra gənc xəstəxanaya aparılıb. 
"İmarət”in bəzi fanatları isə gözlərindən zərər alıb. Belə ki, onlar polisin bibər qazı ilə müdaxiləsindən sonra tibbi yardıma ehtiyac duyub. 
Qaynarinfo.az