Xəbər lenti

Polis Səməd Vurğun bağını əxlaqsız qadınlardan təmizlədi - FOTO
Ölkə20:26 07.11.2014

Polis Səməd Vurğun bağını əxlaqsız qadınlardan təmizlədi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən polis əməkdaşları Səməd Vurğun bağında əməliyyat keçirərək həmin məkanı əxlaqsız qadınlardan təmizləyib. Reyd saat 17.20 radələrində keçirilib.
Virtualaz.org saytının hadisə yerində olan müxbiri xəbər verir ki, polis əməkdaşları parkda əxlaqsızlıqla məşğul olan bir qrup qadını saxlayıb. Qadınlar Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə aparılıblar.
Qeyd edək ki, polis müxbirin çəkiliş aparmasına mane olub. Geriyə yalnız bir neçə saniyəlik bir süjet qalıb.
Hadisəyə şahidlik edən paytaxt sakinləri polisin bu addımını təqdir edib. Xatırladaq ki, Bakının mərkəzində - Səməd Vurğun bağında əxlaqsızlıqla məşğul olan qadınların məskən salması haqda mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Parka istirahətə gələnlər bu vəziyyətdən şikayətlərini dönə-dönə dilə gətiriblər.
Qaynar.info