Xəbər lenti

Polis sərxoş qadınların ovuna başladı - FOTOLAR
Ölkə08:54 02.02.2015

Polis sərxoş qadınların ovuna başladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının şəxsi heyəti paytaxt ərazisində iki gün ərzində 50 sərxoş sürücü aşkarlayıb. 

Qaynar.info xəbər verir ki, bu barədə Avtosfer.az-a 11-ci tağımın komandiri, polis baş leytenantı Mərdan Əliyev məlumat verib. 

Onun sözlərinə görə, yanvarın 30-31-də gecə keçirilən tədbirlər nəticəsində aşkarlanan 50 sərxoş sürücüdən 5 nəfəri xanım sürücü olub. 

Onların hər biri barəsində inzibati protokol tərtib edilib, avtomobillər isə cərimə meydançasına aparılıb.

Bundan əlavə, avtoxuliqanlıq edən 2 sürücü də saxlanılaraq barəsində inzibati protokol tərtib olunduqdan sonra məhkəməyə təqdim edilib.

Qaynar.info