Xəbər lenti

Polislər gənclərə konsert keçirməyə icazə vermədi
Ölkə19:55 15.02.2014

Polislər gənclərə konsert keçirməyə icazə vermədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənc repçi “Kabus”un sabaha planlaşdırılan “Ergenekon” adlı konsertinə polislər mane olub. 

Etatist.com xəbər verir ki, konsertin elanı təxminən bir ay bundan öncə verilsə də polislər məhz bu gün axşam saatlarında konsertin keçiriləcəyi “Vətən” kinoteatrına gələrək konsertin qeyri-qanuni olduğunu bildiriblər. Konsert təşkilatçılarından Elvin Mahmudovun bildirdiyinə görə, onlar bu gün axşam konsert üçün lazım olan səs avadanlıqlarını konsertin keçiriləcəyi zala aparanda zalda onları Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə müvəkkili və başqa 3 polis qarşılayıb: “Bizə dedilər ki, siz konsertlə bağlı bizə müraciət etməmisiniz, ona görə də bu konsert qanunsuzdur. Guya biz onlara müraciət etməli idik, onlar da təhlükəsizliyi yoxlayıb bizə icazə verməli idilər. Amma bunu niyə konsertə saatlar qalanda dediklərini bilmədik. Onlar bunu dedilər və keçib oturdular zalda. Halbuki, Vətən kinoteatrı dövlətin nəznindədir və burda baş verən hər şey barədə məlumat olur”. Bildirək ki, əraziyə daha sonra Nəsimi Rayon 22-ci polis Bölməsinin rəis müavini İsa Babaşovda gəlib və o da konsertin keçirilməsinə icazə verilməyəcəyini deyib. 

Etatist.com-a açıqlama verən, Nəsimi Rayon Polis İdarəsi növbətçisi mayor Ələsgərov Səbuhi dedi ki, onların bundan xəbərimiz yoxdur: “ Bizdə bu barədə məlumat yoxdur. 22-ci polis bölməsinin niyə bu addımı atdığını bilmirik”. Onu da qeyd edək ki, Vətən kinoteatrında dəfələrlə konsert keçirilib. Kinoteatrdan bizə bildirdilər ki, bu günə qədər olan konsertlərin heç birində belə problem yaşanmayıb. Konsert üçün heç bir icazə də alınmayıb. Nəsimi Rayon Polis İdarəsində polis serjantı Abbasov, 22-ci Polis bölməsində isə, növbətçi polis kapitanı Yahya Mahmudov  çəkiliş aparmaq istəyən əməkdaşlarımıza və digər jurnalistlərə Axar.az və qaynar.info, kanal 13 internet televiziyasının əməkdaşlarına kobud rəfdar etmiş, kameranı ələ keçirməyə çalışmışdır. 

Məsələ ilə bağlı açıqlama verən Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə isə bildiki, “İndiyənə qədər olmayan işləməyən cibdən çıxmış qanunlar, cəngəllik qanunlarına görə insanların inancını itirdiyi dövlətə gənclərimiz qarşısında inanc aşılamağa çalışırdıq. Polis gəldi və hər şeyi yerdən yerə vurdu. Biz etatizmi, dövlətçiliyi təbliğ edirik, dövlətin qanunları beləmi işləyir? Hardan çıxıb. Qapalı yerdə yığıncaq, konsert keçirmək üçün polisə müraciət etmək lazımdır qanunu? Belə bir qanun varsa, 2iki ay müddətinə hər gün biz bunu işıqlandırdığımız halda polis bundan xəbəri niyə birgün qalmış tutur?

Gənclərlə zorba yolunu tutmaqla dövlət quruculuğu olmur. Bizə maddi və mənəvi zərər dəyib, kim ödəməlidir bunu? Qanunsuzluq törədən şəxslərin cəzalanmasını tələb edirəm, yada açıqlasınlar ki. Səbəb nədir? Buna görə aksiyalara başlayacağıq. Bizə məlumat versinlər.”

Qaynar.info