Xəbər lenti

Polkovnik oğlunun cənazəsi Azərbaycana gətirildi
Ölkə07:25 01.05.2017

Polkovnik oğlunun cənazəsi Azərbaycana gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda polkovnikin ailəsinə yas düşüb. "Qaynar" criminal.az-a istinadən xəbər verir ki, polis polkovniki Natiq Nağıyevin cavan oğlu dünyasını dəyişib.

Polkovnikin 27 yaşlı oğlunun xarici ölkələrdən birində dünyasını dəyişdiyi bildirilir. Gənc oğlanın cənazəsi iki gün əvvəl Bakıya gətirilərək dəfn edilib. Ölümün səbəbi haqda məlumat əldə etmək mümükün olmayıb.

N.Nağıyev Bakının bir neçə rayon polis idarəsində rəis müavini, Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin rəisi vəzifəsində işləyib. Hazırda təqaüddədir. 

Qaynar.Az