Xəbər lenti

Polşa millisi Rusiya ilə oyundan imtina etdi
İdman20:44 26.02.2022

Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu DÇ-2022-nin pley-off matçından imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı ölkənin futbol ittifaqının prezidenti Çezare Kuleşa yayıb. 
Qurum rəhbəri bu barədə "Twitter” səhifəsində yazıb: "Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq”.
Xatırladaq ki, sözügedən qarşılaşma martın 24-nə planlaşdırılıb. Cütün qalibi İsveç – Çexiya matçının qalibi ilə martın 29-dakı finalda qarşılaşacaq. Bu görüşdə qalib gələn DÇ-2022-yə vəsiqə qazanacaq.