Xəbər lenti

Polşa “Rusiya aviasiyasının asktivliyi” üzündən hərbi təyyarələri səmaya qaldırdı
Dünya 15:36 13.01.2024

Polşa “Rusiya aviasiyasının asktivliyi” üzündən hərbi təyyarələri səmaya qaldırdı

Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı "ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün prosedurların” qəbul edilməsinin zəruriliyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin X sosial şəbəkəsindəki mesajında deyildiyinə görə, Varşavada "Ukrayna ərazisinə zərbə endirmək niyyəti" ilə əlaqəli "Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının fəallığının artması" fonunda Polşa və müttəfiq ölkələrdən gələn hərbi təyyarələr səmaya qaldırılıb.

Agentlik xəbərdarlıq edib ki, Polşa və müttəfiqlərin aviasiyasının aktivləşdirilməsindən sonra "səs-küy səviyyəsi xüsusilə ölkənin cənub-şərq hissəsində arta bilər”.

Xatırladaq ki, 2023-cü il dekabrın 29-da Polşa Baş Qərargahı ölkənin hava məkanını pozduğu iddia edilən Rusiya raketi haqda məlumat vermişdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->